Accessibility links

TƏBİB sədri: “Delta” ştammın Azərbaycana keçmə ehtimalı böyükdür


Ramin Bayramlı
Ramin Bayramlı

“Hazırda Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində dünyada sürətlə yayılan “Delta” ştammı ilə əlaqəli tədqiqatlar aparılır.”

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl ölkədə “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilmişdi və bununla bağlı ictimaiyyətə də məlumat verildi.

Bayramlı bildirib ki, “Delta” ştammı artıq Azərbaycanla qonşu dövlətlərdə də qeydə alınıb:

“Bu səbəbdən yeni ştammın Azərbaycana keçmə ehtimalı böyükdür. Lakin bunun vaxtında aşkar olunması və profilaktik tədbirlərin görülməsi mütləqdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzi yeni ştammı aşkar edə bilmələri üçün lazımi avadanlıqlarla təmin edilib,” o qeyd edib.

O əlavə edib ki, yeni ştamm aşkar olunarsa, ən yaxın zamanda ilkin məlumatlar təqdim ediləcək.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

XS
SM
MD
LG