Accessibility links

Türkiyənin nüfuzunun artması İranla gərginliklərə səbəb olur


Türkiyənin nüfuzunun artması İranla gərginliklərə səbəb olur
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Ötən ay Türkiyədə iranlı agentlərin həbsi təhlilçilərin fikrinə görə, iki qonşu arasında gərginliyin artdığına dair növbəti işarədir. Bu, Türkiyə Qafqazdakı nüfuzunu İranın hesabına artırdığı bir vaxta təsadüf edir.

Türkiyənin təhlükəsizlik qüvvələri Türkiyənin iranlı dissidenti qaçırmağa cəhd etdiklərini deyən iranlı agentləri həbs ediblər. Oktyabr ayında baş verən həbslərin videoları geniş yayılıb və Tehranı rüsvay edib.

Bu insident İranla Türkiyə Qafqazda güc uğrunda mübarizə apardığı bir vaxta təsadüf edir. Türkiyə və İsrailin hərbi avadanlıqları Azərbaycanın ötən il Ermənistan qüvvələrini Dağlıq Qarabağdan çıxarmasında böyük rol oynayıb. Təhlilçilər deyir ki, bu münaqişə İranın regiondakı nüfuzunu azaldıb.

“İndi İsrail-Azərbaycan münasibətləri yaxındır, Türkiyə ilə Azərbaycanın münasibətləri yaxındır. Cənubi Qafqazda artıq yeni geo-siyasi reallıq mövcuddur və bu reallıqda İranın rolu azalıb, Türkiyənin isə rolu əksinə artıb və Rusiya da öz üstünlüyünü qoruyub saxlayıb. Bu amillər İranı məyus edir,” Chatham House-dan Qalip Dalay bildirib.

İran indi diplomatik səylərini artıraraq buna müqavimət göstərir. Tehran oktyabr ayında son onillərdə ilk dəfə olaraq Azərbaycan sərhədində hərbi təlimlər keçirib.

“İndi iran Azərbaycana təzyiq göstərir. İran, Ermənistan və Rusiya arasında Qafqazla əlaqədar diplomatik əlqaələr yaxınlaşır. İran Azərbaycanla sərhədində hərbi təlimlər keçirir. Yəni demək olar ki, regionda uzun müddət qalacaq gərginlik mövcuddur” – deyə, Almaniya Marşal Fondundan Özgür Ünlühisarcıklı bildirib.

Türkiyə Tehranın güc nümayişindən sonra dəstək nümayişi olaraq İranla sərhədə yaxın Azərbaycan qüvvələri ilə birgə hərbi təlib keçirib və Ankaranın Bakı üçün nə qədər vacib olduğunu vurğulayıb.

Təhlilçilər deyir ki, Türkiyənin İranın şərq qonşusu Pakistanla dərinləşən hərbi əlaqələri də məzhəblərarası gərginliyi qızışdıraraq Tehranın narahatlıqlarını artırır. Türkiyə və Paksitan sünni müsəlman ölkələridir, İran isə şiə müsəlman ölkəsidir.

“Tehran Pakistanla Türkiyə, habelə Türkiyə ilə Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahədə dərinləşən əməkdaşlığı narahatlıqla izləyir. Çünki İranda Yaxın Şərqdəki regional siyasətin dinamikası ilə bağlı anlayış məzhəbçilik və şiə anlayışı çərçivəsində mövcuddur,” Bonn Universitetindən Zaur Qasımov bildirir.

İranın böhrana qərq olmuş iqtisadiyyatı Türkiyə ilə ticarətdən asılıdır və bu, təhlilçilərin dediyinə görə, Ankaraya Tehrana qarşı möhkəm mövqe sərgilməyə imkan verir.

XS
SM
MD
LG