Accessibility links

Türkiyədə dörd kürd mer həbs edilib


Türkiyə rəsmiləri cümə günü ölkənin cənub-şərq və şərq regionlarında daha dörd kürd tərəfdarı meri həbs edib.

Xalqların Demokratik Partiyasına mənsub (HDP) merlər evlərində saxlanılıb. Onlar vəzifələrindən çıxarılıb və hökümət vəzifələrinə yeni merlər təyin edib. Hökümət HDP-nin qanunsuz Kürdistan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olduğunu iddia edir.

HDP bu ittihamı rədd edir.

İqdırın meri Yaşar Akkuş, Siirtin meri Berivan Helen İşık, Baykanın meri Ramazan Sarsılmaz və Kurtalanın meri Bara Akgül 2019-cu ilin mart ayında keçirilən seçkilərdə qalib gəlmişdilər.

Ötən ay keçirilən seçkidə seçilən 45 digər mer də vəzifədən azad edilib. Onların 21-i terror ittihamları ilə həbsdədir.

Bundan əlavə HDP-li qanunvericilər, o cümlədən Selahattin Demirtaş da həbs olunub.

Nyu-Yorkda qərargahlanan Human Right Watch təşkilatı Türkiyəni bu həbslərə görə qınayıb və bu həbslərin seçicilərin haqlarının pozulması kimi qiymətləndirib.

Türkiyə, o cümlədən Birləşmiş Ştatlar və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat hesab edir.

XS
SM
MD
LG