Accessibility links

Türkiyə və Fransa Qarabağ münaqişəsi ilə bağlı bir-birlərinə qəzəbli mesajlar verir


NATO müttəfiqləri olan Fransa və Türkiyə Azərbaycan və Ermənistan arasında münaqişə intensivləşdiyi bir məqamda bir-birinə qarşı qəzəbli mesajlarla çıxış edirlər.

Türkiyənin bəzi NATO müttəfiqləri Ankaranın münaqişə ilə bağlı sərgilədiyi mövqedən narahatlıq keçirməyə başlayıblar.

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstək bəyanatının ardınca Türkiyə Xarici İşlər Naziri Mevlut Çavuşoğlu Ankara Azərbaycan istədiyi təqdirdə ona hərbi yardım göstərməyə hazır olub-olmadığı barədə suala cavabda ölkəsinin “nə lazımdırsa onu da edəcəyini” bildirib.

Azərbaycan Prezident İlham Əliyev daha sonra Türkiyəyə dəstəyə görə minnətdarlığını bildirmiş, lakin ölkəsinin hərbi yardıma ehtiyacı olmadığını söyləmişdir.

Türkiyə Xarici İşlər Naziri Mevlut Çavuşoğlu
Türkiyə Xarici İşlər Naziri Mevlut Çavuşoğlu

Əliyev döyüşlərin yalnız erməni qüvvələri “torpaqlarımızı tərk edəcəyi” təqdirdə dayanacağını bəyan edib.

Çavuşoğlu qeyd edib ki, Fransanın Ermənistanla həmrəyliyi Ermənistanın Azərbaycan torpaqlarını işğalına dəstək verməsi anlamına gəlir.

Çox sayda erməni mühacirin yaşadığı Fransanın Prezidenti Emmanuel Makron Lativyaya səfəri zamanı buna reaksiya verib. O, Fransanın Türkiyədən gələn “müharibə xarakterli” mesajlardan son dərəcə narahat olduğunu bildirib.

Emmanuel Makron, Fransa Prezidenti
Emmanuel Makron, Fransa Prezidenti

Onun sözlərinə görə, bu mesajlar “Dağlıq Qarabağı hərbi baxımdan yenidən tutmaq üçün” Azərbaycanın tərəddüdlərini aradan qaldırmağa xidmət edə bilər.

“Biz bunu qəbul etməyəcəyik,” Makron deyib.

Rəsmi Paris Rusiya, Fransa və ABŞ-ın təmsil olunduqları ATƏT Minsk Qrupunun münaqişənin həllinə vasitəçilik etməsinə tərəfdar olduğunu bildirərək bu qurum çərçivəsində atəşkəsin müzakirə olunmasını istəyir.

Almaniya rəsmiləri bu həftə Avropa İttifaqı liderlərinin sammitində konfliktin müzakirə olunacağını bildirib.

XS
SM
MD
LG