Türkiyə hökuməti mühacirətdə olan fələstinli siyasətçi Məhəmməd Dahlanı ən çox axtarılan terror şübhəlilərinin "qırmızı siyahısına" əlavə edib. Türkiyə Daxili İşlər Nazirliyi onun tutulması üçün məlumat verənlərə $1.75 milyon dollara qədər mükafat vəd edir.
Nazirlikdən verilən açıqlamada Dahlanın barəsində 2016-cı ildə Türkiyədəki çevriliş cəhdində rol oynamaq, konstitusiya quruluşunu zorla dəyişdirmək istəməsi və müxtəlif casusluq ittihamları üzrə cinayət işi qaldırılıb.
Dahlan son zamanlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı açıq şəkildə tənqid edirdi.
Türkiyə ABŞ-dakı din xadimi Fəthullah Güləni və onun davamçılarını 2016-cı ilin iyul ayında əsgərlər, döyüş təyyarələri, vertolyotlar və tanklar vasitəsi güclə hakimiyyəti ələ keçirmək cəhdində günahlandırır.
Dahlan, 2011-ci ildə Fələstin Prezidenti Mahmud Abbasla arası pozulduqdan və Fələstin ərazilərindən qovulduğundan sonra Birləşmiş Ərəb Əmirliklərində yaşayıb.
Dahlan Qəzza Zolağını idarə edən Həmas qrupunun qatı əleyhdarı kimi tanınır.
Dahlanı təmsil edən Demokratik Rifah Partiyası Ərdoğan hökumətinin bu addımını pisləyib və onu Dahlanı "terror etmək“ cəhdi kimi qiymətləndirib.