Accessibility links

Nyu Yorkun dənizkənarı parkında


Nyu Yorkun Battery Parkı
please wait

No media source currently available

0:00 0:03:29 0:00

Nyu York kimi bir çox sahədə inkişaf etmiş şəhərlərin parkları da nəhəngdir. İş mərkəzlərinin ətrafında insanların nəfəsini dərib dincələ biləcəyi yerlərə ehtiyac var. Bir tərəfdən hündür göydələnlər, digər tərəfdən körfəz suyunun sakit dalğaları ilə əhatələnən Battery Park mərkəzi Manhattan rayonunun həm ən əyləncəli, həm də ən sakit yerlərindən biridir.

Parkın ərazisi təxminən 93,000 kvadrat metrdir. Manhattanın ən cənub nöqtəsində yerləşən park 1623-cü ildə Amerikaya gələn ilk immiqrantların ayaq basıdığı torpaqlarda salınıb. O zamanlar təxminən 8.5 milyon mühacir Amerikaya Battery Park vasitəsilə daxil olub. Buna görə də parka Nyu York-un giriş qapısı da deyilir.

Milyonlarla mühacirin yeni dünyaya ayaq basdığı ilk məkan kimi Battery Park Amerikanın "giriş qapısı" adlanır.

Park gün ərzində bir neçə funksiyaya sahib olur. Nahar fasiləsində ətrafda işləyən insanların yemək yediyi, həm də ruhunu qidalandırdığı məkana çevrilir. Uşaqlarını əyləndirmək istəyən gənc ailələrə xeyli imkanlar təqdim edir. Açıq havada idman etməyi sevənlər üçün qaçış yolları, velosiped cığırları, basketbol, voleybol meydançaları kimi onlarla məşğuliyyət var.

Axşam saatlarında Battery Park limandan günəşin qürub etməsini izləmək istəyən turistləri və eləcə də yerli camaatı cəlb edir.

Tarixsevərlər park gəzintisi boyu bir çox maraqlı abidələrlə rastlaşacaq. Bunlardan biri 1845-52-ci illərdə İrlandiyada baş verən aclıq dövrünə həsr olunub. Abidənin inşasında İrlandıyanın 32 rayonundan gətirilən daşlardan istifadə olunub. Abidə aclıq zamanı həyatını itirənlərin xatirəsini yad edir.

Battery Park və Nyu Yorkun maliyyə mərkəzinin səmadan görüntüsü.
Battery Park və Nyu Yorkun maliyyə mərkəzinin səmadan görüntüsü.

Digər abidə Koreya müharibəsində savaşanları şərəfləndirir. Bundan başqa parkda İkinci Dünya müharibəsinə həsr olunan abidə də var.

Battery Parkın daha bir populyar məkanlarından biri də “Mavi İşıqlar” parkıdır. Parkın bu güşəsi romantik ab havası, səssizliyi ilə qəlbi oxşayır. Şəhərin rəngarəng turistik küçələrindən ay işığında gizlənən sevgililər dalğalarla baş-başa qalır.

Tarixi abidələr, uşaq parkları, idman meydançaları, kafe ve restoranları, yaxt limanı, dəniz vağzalı kimi çox fərqli məkanları içində birləşdirən Battery Park 24 saat ayıqdır.

XS
SM
MD
LG