Accessibility links

Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycan hökumətini "Media haqqında" qanuna düzəliş etməyə çağırır


Dekabrın 10-da Milli Məclisin komitələrində "Media haqqında" yeni qanun layihəsinin müzakirəsi başlayıb. Bu anadək sənəd ictimai müzakirələr üçün açıq olmayıb. On gün müddətində Milli Məclis qanun layihəsini iki oxunuşda qəbul edib.

Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycan rəsmilərini ölkədəki media haqqında qanuna konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyasının prinsiplərini pozacaq dəşiyiklikləri yenidən nəzərdən keçirməyə çağırır.

“Ötən yazdan bəri gizlicə hazırlanan mübahisəli qanun layihəsinin sabah Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul ediləcəyi gözlənilir. Dünən 30-dan çox müstəqil və müxalif mediadan jurnalistlər Bakıda Milli Məclisin önündə toplaşaraq qanun layihəsinə etiraz etdiyi zaman, müxbir Nərgiz Absalamova polis zabiti tərəfindən vurulub və nəticədə büzdüm sümüyündən xəsarət alıb. Bu, təhlükəsizlik qüvvələri tərəfindən zorakı təqiblərə baxmayaraq qanun layihəsinə qarşı keçirilən ikinci etirazdır,” təşkilat bildirib.

Sərhədsiz Reportyorlar bəyanatda bildirib ki, qanun layihəsində jurnalistlərin reyestrinin və vahid mətbuat kartının yaradılması nəzərdə tutulub. Yalnız bu karta sahib jurnalistlər və rəsmilər tərəfindən qeydiyyata alınan KİV-lər tanınacaq. Bu statusda tanınmayan jurnalistlərin fəaliyyətləri, o cümlədən rəsmi mənbələrə çıxışları məhdudlaşdırılacaq.

Təşkilat bildirib ki, “kimin jurnalist olub-olmadığına haqqında heç bir məlumat paylaşılmayan “test” nəticəsində ixtiyari olaraq dövlət qərar verəcək. Qeydiyyatdan keçən bütün jurnalistlər və KİVlərin siyahısı və şəxsi məlumatları (o cümlədən ünvanları, bank hesablarının detalları və iş müqavilələri) rəsmilərin əlində olacaq. Bu onları avtoritar prezident İlham Əliyev tərəfindən idarə olunan ölkədə əlavə risklər qarşısında qoyacaq. Sərhədsiz Reportyorlar onu mətbuat azadlığının düşməni olaraq tanıyır.”

“Təqiblərdən qaçınmaq məqsədilə xaricdə qərargahlanan Azərbaycan KİV-ləri, o cümlədən Berlində qərargahlanan Meydan TV-nin, habelə onlayn televiziya kanalllarının fəaliyyət göstərməsi çətinləşəcək. Onlar Azərbaycanda media orqanı kimi qeydiyyatdan keçməsə, onların müxbirlərinin orada fəaliyyət göstərmələri qeyri-qanuni olacaq,” təşkilat bildirib.

Qeyri-dəqiq ifadələr və ziddiyyətlərlə dolu olan bu qanun media üzərində nəzarəti gücləndirmək və senzuranı qanuniləşdirmək məqsədi daşıyır.
Janna Kavelye

Sərhədsiz Reportyorlar Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin başçısı Janna Kavelye deyib ki, “Qeyri-dəqiq ifadələr və ziddiyyətlərlə dolu olan bu qanun media üzərində nəzarəti gücləndirmək və senzuranı qanuniləşdirmək məqsədi daşıyır. Bu qanun Azərbaycan konstitusiyasının məlumat azadlığı ilə bağlı 50-ci maddəsini və Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığı ilə bağlı 10-cu maddəsini pozur. Hakimiyyət səlahiyyətlərini aşaraq, heç bir müxtəqil media və ya ifadə azadlığı sahəsində mütəxəssisləşən ekspertlərlə məsləhətləşmədən jurnalistlərin peşəkar fəlaiyyətinə müdaxilə edir. Biz Azərbaycan hökuməti və parlamentini qanun layihəsini nəzərdən keçirib, onun konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyasına hörmət etməsini təmin etməyə və özünütənzimləyən alternativləri təşviq etməyə çağırırıq.”

Azərbaycan Sərhədsiz Reportyorlar Təşkilatının 2021-ci il Dünya Mətbuat Azadlıq İndeksində 180 ölkə arasında 167 yerdə qərargahlanıb.

XS
SM
MD
LG