Accessibility links

Sərhədsiz Reportyorlar: Jurnalistin fiziki təqibi informasiya azadlığının pozulmasıdır


Jurnalist Təzəxan Mirələmli təzyiqə məruz qalıb
Jurnalist Təzəxan Mirələmli təzyiqə məruz qalıb

"Sərhədsiz Reportyorlar" beynəlxalq jurnalistləri müdafiə təşkilatı "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə qarşı polis zorakılığını pisləyib.

Azərbaycanda jurnalistlər təzyiqlə üzləşir (Foto Sərhədsiz Reportyor təşkilatınındır)
Azərbaycanda jurnalistlər təzyiqlə üzləşir (Foto Sərhədsiz Reportyor təşkilatınındır)

"Azadlıq" qəzetinin jurnalisti Təzəxan Mirələmli Bakıda məhkəmə binasının qarşısında polis tərəfindən zorakılığa məruz qalıb. Jurnalistlərin işi zamanı onlara qarşı istənilən fiziki təqib informasiya azadlığının pozulmasıdır," "Sərhədsiz Reportyorlar" Twitter mikrobloqunda qeyd edir.

Təzəxan Mirələmli sentyabrın 11-də Yasamal Rayon Məhkəməsinin binası yanında zorakılığa məruz qalıb. Həmin vaxt məhkəmədə müxalifətçi Ruslan Əmirlinin işi üzrə proses gedirmiş.

Polis jurnalistləri məhkəmə binasından kobudcasına kənara sıxışdırıb. Jurnalist hüququnun məhdudlaşdırılmasına etiraz edən Mirələmlini polis itələyib. Nəticədə reportyor yıxılaraq xəsarət alıb.

O bildirib ki, polisin qanunsuz hərəkətindən məhkəməyə şikayət edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG