Accessibility links

Sərhədsiz Reportyorlar Azərbaycanı jurnalistin apellyasiya şikayətinə qərəzsiz baxılmasına çağırıb


Sərhədsiz Reportyorlar təşkilatı
Sərhədsiz Reportyorlar təşkilatı

Sərhədsiz Reportyorlar beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini birinci instansiya məhkəməsi tərəfindən 7 il müddətinə azadlıqdan məhrum edilən Əfqan Sadıqovun apellyasiya şikayətinə şəffaf və qərəzsiz baxılmasına çağırıb.

“Azel.tv” saytının təsisçisi hədə-qorxu yolu ilə pul tələb etməkdə günahkar bilinib. O, məmurların korrupsiya və cinayətləri iddia olunan materiallar dərc etməsi ilə tanınır.

Həbsdə olan jurnalist məhkəmənin hökmünə etiraz olaraq noyabrın 4-dən aclıq aksiyasına başlayıb. Sadıqovun yaydığı bəyanatda deyilir ki, ədalət bərpa edilənədək aclığı davam etdirəcək.

“Əgər aclığımın 20-ci gününədək ədalət bərpa olunmasa quru aclığa keçərək ömrümün sonunu gözləyəcəm,” o qeyd edib.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon Məhkəməsi barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradov bildirib ki, ona qarşı təxribat törədilib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilimiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalıist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG