Accessibility links

Süni Zəka robotları heyranedici olsalar da, insanları əvəz etməyə hazır deyillər


Süni Zəka robotları heyranedici olsalar da, insanları əvəz etməyə hazır deyillər
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Dubayda keçirilən İnformasiya Texnologiyası Sərgisində robot texnologiyasının əhəmiyyəli irəliləyişini sübut edən nümünələr var idi. Dünyanın ilk populyar humanoid robotu və dünyanın ilk humanoid vətəndaşı Sofiya da sərgidə iştirak edib.

Honq Konqda yerləşən Hanson Robotics şirkəti tərəfindən hazırlanmış Sofiya robotu ilk dəfə ictimaiyyət qarşısına 2016-cı ilin mart ayında çıxıb.

O zamandan bəri o, çoxlu sayda yüksək səviyyəli müsahibələrdə, tok şoularda və filmlərdə iştirak edib, onun cavabları İnteretdə ən çox baxılan videolar arasında olub.

Bu sərgi iştirakçılarının da çoxu məhz Sofiya ilə ünsiyyət üçün bura gəlmişdi.

Sofiya 2017-ci ildə Səudiyyə Ərəbistanının vətəndaşlığını alıb və bununla vətəndaşlığı olan ilk robot olub. Bu sərgidən öncə də, Sofiya bir neçə dəfə Dubayda olub.

Sərgi iştirakçılarını öz maraqlı cavabları ilə heyran etməsinə baxmayaraq, Sofiya əhəmiyyətli mövzularda özünü ifadə etməkdə çətinlik çəkdi. Bəzi suallar hətta onu çaşdırdı. Bu suallar onun nə hiss etdiyini ilə bağlı idi.

Məhz sadə hissləri ifadə edə bilməməsi süni zəka üzərində çalışan robotun insanların verdiyi qərarları verə bilməməsi ilə bağlı qızğın müzakirələri yenidən canlandırdı. Sərgidəki mütəxəssislərdən biri bildirdi ki, robotlar insanlardan daha dəqiq və sürətli ola bilsələr də, yüksək intellektual məsələlərdə və qərar qəbul prosesində hələlik insanların yerini verə bilmirlər.

Sərgidə iştirak edən digər robotlar da, iştirakçıların diqqətini cəlb etdi. Onların arasında pianoçu, bartender, basketbolçu robotlar var idi.

1981-ci ildən bəri hər il keçirilən sərgidə dünyanın 75 ölkəsindən 850 startap iştirak edirdi.

XS
SM
MD
LG