Accessibility links

Suriyada yüzlərlə insan mühasirədə qalıb


BMT-nin gözləmə siyahısında olan 400-dən çox suriyalı xəstənin evakuasiyası baş tutmayıb. Qırmızı Xaç yalnız 29 nəfər və onların ailə üzvlərinin tibbi yardım üçün Dəməşqə göndərildiyini bildirib.

Yardım rəsmilərinin bildirdiyinə görə, dünən Suriyanın Şərqi Quta bölgəsindən çoxu uşaq olmaqla, üsyançıların anklavında qalan daha bir qrup mülki vərəndaş evakuasiya edilib.

Mühasirə olan yüzlərlə insanın vəziyyəti ağır olduğu üçün bəzilərinin dərhal müalicəyə göndərildiyi bildirilib.

BMT Qutada mühasirədə olan 500-ə qədər xəstənin təcili evakuasiyasına çağırıb.

2013-cü ildən bəri regiondakı 400 minə qədər insan ərzaq və tibbi yardımdan məhrum qalıb.

UNICEF 2011-ci ildə münaqişə başlayandan bəri bölgədə səhiyyə vəziyyətinin həddən artıq ağır olduğunu bildirib.

Qırmızı Xaç Cəmiyyti və Suriyanın Qırmızı Aypara təşkilatı artıq 3 gündür Qutadan insanların evakiasiyası ilə məğuldur. Bu səylər rəsmilərin ən adi xilas əməliyyatlarına maneələr törətdiyinə işarədir.

BMT-də Suriyada insanların mühasirədə saxlanmasını orta əsirlərin bərbərliyi kimi qiymətləndirib.

Amnesty International bunu bəşəriyyətə qarşı cinayətkarlıq adıandırıb.

Beynəlxalq yardım qrupları Dəməşq ətrafında yaşayan ailələrin aclıq çəkdiyini deyir.

Humanitar təşkilatların dediyinə görə, Suriya hökuməti yardımla dolu yük maşınlarının bölgəyə girməsinə icazə vermir.

Dünya Ərzaq Proqramı rəsmiləri insanların tullantılarla qidalandığını deyir.

Təşkilat uşaqlar arasında normal qidalamamanın səviyyəsi 12 faizə qalxıb. Halbuki, may ayında bu göstərici 2 faiz təşkil edirdi.

XS
SM
MD
LG