BMT-nin humanitar yardım üzrə rəhbəri bildirib ki, Təhlükəsizlik Şurasına Suriyada mühasirədə olan, yardım çatdırılmasının çətin olduğu yerlərdə yaşayan yüz minlərlə suriyalıya təcili yardım gəstərilməsi lazımdır.
Stefen Obien Təhlükəsizlik Şurasına müdaxilə etməsi üçün müraciət edib. BMT-nin baş katibi öz növbəsində suriyalı qaçqınların məskunlaşdırılması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
“Biz ən böyük qaçqın və məcburi köçkün böhranı ilə üz-üzəyik. Dünya bu böhranı dayandırmaq üçün səy göstərməlidir. Ümid vermək daha yaxşı gələcək üçün yol açmaq deməkdir. Qonşu ölkələr bacardıqlarından çox yardım göstərib. İndi digərlərinin növbəsidir.” Deyə Ban Gi Mun bildirib.
Suriya qaçqın böhranına həsr olunmuş, Cenevrədə konfransında Ban zəngin ölkələri Suriyaı böhranının həllinə yardım etməyə çağırıb.
O deyib ki, Türkiyə, Liviya, İordaniya, Misir və İraq kimi ölkələrin qaçqınlara yardım resursları məhduddur.