Accessibility links

Beynəlxalq Yayım Şurası "Əl-Hürrə" müxbirinin azad edilməsinə çağırır


"Amerikanın səni"nin də daxil olduğu Beynəlxalq Yayım Şurası Əl-Hürrə agentliyinin müxbirinin azad edilməsinə çağırır.

Bu gün Əl-İxbariyyə kanalı ilə Bir həftə bundan əvvəl Suriyada yoxa çıxan türk jurnalist Cüneyt Ünalı nümayiş etdirən video göstərilib.

Video onun əlində raketatan qubara ilə şəkli ilə başlayır. Daha sonra Ünalın gözlərinin altında qaraltılarla əlində mikrofon tutan, lakin üzü görünməyən bir şəxslə söhbət etdiyi göstərilib. O, Suriyaya necə daxil olduğundan bəhs edib. Ünal yaraqlı qruplaşma ilə Kilizdən Əzəzə keçdiyini deyib. Daha sonra o, ələ keçirildiyi Hələbə getdiyini bildirib.

Jurnalistlə müsahibənin hansı şəraitdə və nə vaxt keçirildiyi məlum deyil.

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Ünalın bunları diktə altında söylədiyini və onun təhlükəsliyinin məsuliyyətini Suriya hökumətinin daşıdığını deyib.

Ünal Suriyaya Birləşmiş Ştatlarda yerləşən Əl-Hürrə televiziya kanalı tərəfindən göndərilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG