Accessibility links

Humanitar yardım təşkilatları Suriya qaçqınlarına daha çox yardım etməyə çağırıb


Humanitar yardım təşkilatları bu həftə BMT-də görüşən dünya liderlərini Suriya qaçqınlarına daha çox yardım etməyə çağırıb. Onlar yardım fondunda maliyyə vəsatinin azaldığını bildirib.

14 müttəfiq humanitar təşkilat Nyu-Yorkda bir çox suriyalı qaçqının ərzaq, yaşayış yeri və tibbi yardımla təmin edilmədiyinə dair bəyanatla çıxış edib.

Onlar Suriya qaçqınlarının təxminən 70 faizinin qaçqın düşərgələrində deyil, kəndlər və şəhərlərdə yerləşdiyini bildirib.

Təşkilatlar təkcə ötən ay bir həftə ərzində 50 mindən çox suriyalı qaçqının İraqın şimalına köçdüyünü deyib. Onların bildirdiyinə görə, hər ay təxminən 75 min suriyalı Livana pənah gətirir.

Suriyada vətəndaş müharibəsi nəticəsində 2 milyon insan ölkədən qaçıb, 4.5 milyon insan isə Suriya məcburi köçkün vəziyyətinə düşüb. Münaqişə başlanandan bəri Suriya əhalisinin dörddə bir hissəsindən çoxu ölkəni tərk edib.
XS
SM
MD
LG