BMT-nin keçən həftə Qolan Yüksəkliklərində girov götürülən 44 nəfərdən ibarət sülhməramlını azad edilməsinə çalışdığı bir vaxt, Suriya hərbi qüvvələri ilə üsyançı yaraqlılar arasında şiddətli döyüşlər başlayıb.
Döyüşlərin bu gün, Qüneytra sərhəd bölgəsində, Əl-Qaidə ilə əlaqəsi olan üsyançıların ficili sülhməramlılarını oğurladığı ərazinin yaxınlığında aparıldığı deyilir.
Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə təşkilatı bü gün baş verən döyüşlər zamanı ölənlərin olduğunu bildirsə də, dəqiq say barədə məlumat verməyib.
BMT bildirir ki, qurumun keçən həftə Qolan Yüksəkliyində Suriya üsyançılarının mühasirəsinə düşən filippinli sülhməramlılar xilas edilsə də, 44 ficili sülhməramlının axtarışları davam edir.
Fici ordu komandiri Briqada Generalı Mosese Tikoytoqo deyib ki, Suriya üsyançıləri tərəfindən ələ keçirilən 44 sülhməramlının azad edilməsi barədə danışıqlar davam etdirilsə də, onların harada saxlanması barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.
BMT ficililərin dərhal azad edilməsinə çağırıb.
Sülhməramlıları Əl-Qaidəyə bağlı Əl-Nüsrə qruplaşmasının saxladığı ehtimal olunur.