Prezident Barak Obama Əsəd rejiminə qarşı hərbi hücum planının Konqres tərəfindən təsdiqlənməsi üçün fəaliyyətə başladığı bir vaxt ABŞ Dövlət katibi Con Kerri Suriyada vəziyyətin daha da pisləşdiyini deyib.
Kerri Londonda Britaniyanın xarici işlər naziri Vilyam Heyqlə keçirdiyi mətbuat konfransında çıxış edib. Amerikanın baş diplomatı Vaşınqtonun ötən ay Dəməşq yaxınlığında1400 insanın ölümünə səbəb olmuş kimyəvi hücum haqda qərarın Suriya rejimi tərəfindən verildiyi barədə etibarlı dəlillərinin olduğunu deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın xarici işlər naziri Valid Əl-Müəllimlə görüşüb. Lavrov hərbi müdaxilə əvəzinə ABŞ-ı Suriya münaqişəsinə dair sülhməramlı həll yolu axtarmağa çağırıb.
Valid Əl-Müəllim deyib ki, ABŞ-ın hərbi hücumlarının Suriya münaqişəsinin həlli üçün Cenevrədə sülh konfransı təşkil etmək cəhdlərindən yayındıra bilər.
Cənab Obama hücumla bağlı ictimaiyyətin dəstəyini qazanmaq üçün Ağ Evdə çıxış etməzdən bir gün əvvəl altı əsas televiziya şəbəkəsinə müsahibə verəcək.