Accessibility links

Suriya İsrailin raket hücumu həyata keçirdiyini bildirib


İsrailin Suriyanın cənubundakı hava hücumundan müdafiə bölməsinə raket hücumu həyata keçirməsi maddi ziyana səbəb olub. Bu barədə cümə günü dövlət xəbər agentliyi SANA hərbi bəyanata istinadən məlumat yayıb.

Hərbi təyyarələr cümə gecəsi İranın əsas hərbi hava bazası və nüvə obyekti ərazisində yüksək səslərin eşidildiyi və pilotsuz təyyarələrin olduğu barədə xəbərlər yayılarkən müşahidə edilib.

Suriyanın bu ərazisi İsfahanın təxminən 1500 kilometr qərbində və İsrailin isə şərqində yerləşir.

İran cümə gecəsi pilotsuz təyyarələrin göründüyü, iri hava bazası və nüvə obyekti yaxınlığında partlayışlar baş verdiyi barədə xəbərlərdən sonra bəzi uçuşların istiqamətini dəyişdirib və ya dayandırıb.

ABŞ dövlət katibi Antoni Blinken cümə günü səhər İtaliyanın Kapri adasında Böyük Yeddilər qrupunun xarici işlər nazirlərinin yekun iclasına gedərkən Yaxın Şərqdəki son hadisələrlə bağlı heç bir şərh verməyib.

ABŞ mediasının adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, İsrail cümə günü yerli vaxtla səhər saatlarında İranın daxilində hava hücumu həyata keçirib. Gecə baş verən insident iki regional rəqib arasında artan gərginlikləri əks etdirir, lakin Tehran cümə günü insidenti qabartmayaraq cavab vermək planının olmadığına işarə edib.

The New York TimesThe Washington Post İsrail rəsmilərinə istinadən İsrailin İrana hava hücumu təşkil etdiyini bildirib. Bir çox xəbər agentliyi ABŞ rəsmilərinə istinad edərək baş verənləri raket zərbəsi kimi xarakterizə edib.

Forum

XS
SM
MD
LG