Suriya fəallarının bildirdiyinə görə, Türkiyənin çənub sərhəddindəki Kobani şəhərinin nəzarətini ələ almaq uğrunda İŞİD yaraqlıları ilə kürdlər arasında altı həftə gedən döyüşlər zamanı 800-dən çox insan həlak olub.
Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bazar günü 500-ə qədər cihadçının, 300-dən çox kürd döyüşçüsünün öldüyünü bildirib. Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu ölənlərin 500-nün cihadçılar, qalanlarının isə kürdlər olduğunu birldirib. Bu göstəriciyə ABŞ-ın başçılıq etdiyi koalsiya qüvvələrinin hücumu zamanı öldürülən 550-dən çox insan daxil deyil.
Qrup Kobani uğrunda döyüşlərin ilk günləri 21 mülki vətəndaşın öldüyünü, şəhər sakinlərinin çoxunun Türkiyədəki qaçqın düşərgələrində məskunlaşdığını deyir.
Bu arada ABŞ qüvvələri Kobani yaxınlığında İŞİD-in mövqelərinə havadan 5 zərbə endirib.
Qüvvələr İraqda da bu gün hücumları davam etdirib. Mosul və Fəllucə bölgələrinə 12 hava hücumu həyata keçirilib. ABŞ-ın Mərkəzi Komandalığı hava hücumlarında Amerika, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Danimarka və Hollandiya qüvvələriin iştirak etdiyini bildirib.