Accessibility links

Anti-Əsəd dünya qüdrətləri Suriya müxalifətini xalqın təmsilçisi kimi tanıdılar


Suriya prezidenti Bəşar Əl-Əsədi istefaya çağıran beynəlxalq ictimaiyyət müxalifətin Suriya xalqını qanuni təmsil edəcək yeni koalisiyanı rəsmən tanıdığını bəyan edib. Bəyannamə layihəsi bu gün Mərakeşdə keçirilən Suriyanın Dostları adlı konfransda qəbul edilib.

Yüzdən artıq nümayəndənin bir araya gəldiyi yığıncaqda prezident Bəşar Əl-Əsəd hökumətinin istefaya getdiyi təqdirdə hakimiyyətin kimə veriləcəyi müzakirə edilib. Görüş zamanı ölkədə baş qaldıran münaqişənin regiona təsiri və Suriya qaçqınlarına humanitar yardım məsələləri də müzakirə edilib.

Bu arada, Suriyanın dvlət televiziyası Dəməşqdə Daxili İşlər Nazirliyinin girişində partlayış olduğunu xəbər verib. Maşına yerləşdirilmiş bomba partlayışının səbəb olduğu tələfat barədə məlumat verilməyib.
XS
SM
MD
LG