Suriya ordusu Human Rights Watch təşkilatının son günlər Rusiya istehsalı olan qadağan edilmiş kasetli bombalardan istifadə edildiyinə dair iddiaları kəskin tənqid edib. Ordunun açıqladığı bəyanatda məlumatın əsassız olduğu bildirilir.
Human Rights Watch təşkilatı Suriyada kasetli bombalardan istifadə edildiyi haqda detallı məlumatı bazar günü açıqlayaraq, internetdə yerləşdirilmiş video materiallarda Suriya hökumətinin bu bombalardan istifadə edildiyini nümayiş etdirən kifayət qədər dəlil olduğunu bildirmişdi.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Belçikada müxbirlərin suallarına cavab verərək, Suriya hökumətinin Rusiya istehsalı olan kaset bombalarından istifadə etmədiyini deyib və regionda böyük həcmdə silahın mövcud olduğunu və bu silahların qanuni yolla çatıdırıldığını əlavə edib.
Human Rights Watch təşkilatı isə fərqli versiya göstərir. İnternetdə yerləşdirilmiş videoda İdlib vilayətinin Taftanaz kəndinə vertolyotdan bomba atıldığı göstərilir. Human Rights Watch bildirir ki, bombanın düşərək hissələrə parçalanması və ondan ayrılan kiçik bombaların partlaması onun kaset bombası olduğunu göstərir. Keçən həftə çəkilmiş video internetdə yerləşdirilmiş video materiallardan biridir. Suriyanın başqa regionlarından da buna oxşar video görüntülər çəkilib internetdə yerləşdirilib.
Human Rights Watch bildirir ki, bu bombalardan əsas etibarilə Dəməq və Suruyanın ikinci böyük şəhəri olan Hələb ətrafında əhalinin sıx yaşadığı yerlərdə istidafə edilir. Hökumət və üsyançı qüvvlər bu ərazilərdə əsas yollara nəzarətin ələ keçirilməsi uğrunda mübarizə aparır.