Accessibility links

Suriyada avtobusun partladılması 18 hərbçinin ölümünə səbəb olub


Suriya dövlət mediasının hərbi mənbəyə istinadən bildirdiyinə görə, cümə axşamı, ölkənin şimalında qızğın döyüşlərin getdiyi vaxt, Dəməşq yaxınlığında avtobusun partladılması nəticəsində 18 əsgər həlak olub, azı 27 nəfər yaralanıb.

Son illər ərzində baş verən analoji hücumlar ölkənin hökumətin nəzarətində olan bölgələrində onlarla əsgərin ölümünə və yaralanmasına səbəb olub. Keçən mart ayında militantların Suriyanın mərkəzindəki Palmira yaxınlığında hərbi avtobusa hücumu zamanı 13 hərbçi ölüb, 18 nəfəri yaralanıb.

Suriya hökuməti keçmişdə bu cür hücumlarda 2019-cu ildən bəri ölkədə nəzarətində olan əraziləri itirməsinə baxmayaraq, Suriyanın cənubunda və mərkəzində hələ də fəal olan İslam Dövləti qruplaşmasının günahlandırırdı.

Suriyanın şimalında Əl-Qaidə ilə əlaqəsi olan bir qrupun üzvləri 2018-ci ildən Türkiyənin dəstəklədiyi müxalif döyüşçülərin nəzarətində olan bir şəhəri ələ keçiriblər.

Afrin şəhərinin Həyat Təhrir Əl-Şam (Levant Qurtuluş Komitəsi) üzvləri tərəfindən ələ keçirilməsi, şimal-qərbdə ən güclü silahlı qrupla rəqib üsyançı qruplar arasında günlərlə davam edən döyüşlərdən sonra baş verib.

Britaniyada yerləşən müxalif Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, Həyat Təhrir Əl-Şam bölgədəki 30-a yaxın hərbi postu Türkiyənin dəstəklədiyi qruplardan alıb.

Döyüşlərə keçən həftə ölkənin şimalındakı Əl-Bab şəhərində motosikletdə güllə ilə vurulan jurnalist və həyat yoldaşının öldürülməsi səbəb olub. Qətldə Türkiyənin dəstəklədiyi qrup günahlandırılıb və o vaxtdan bəri Həyat Təhrir Əl-Şam də daxil olmaqla, bir neçə qiyamçı qrup tərəfindən hücumlar həyata keçirilib.

Qeyri-hökumət təşkilatı Suriya Humanitar Müdaxilə Təşkilatı bildirib ki, Suriyanın şimalındakı son döyüşlər nəticəsində 4 mülki vətəndaş ölüb, 28 nəfər yaralanıb, 1000-ə yaxın ailə isə evlərini tərk edib.

XS
SM
MD
LG