Accessibility links

Bu il Hələbdə hava reydləri 2,000 mülki vətəndaşın həyatına son qoyub


Suriya fəallarının bildirdiyinə görə, bu ilin əvvəlindən bəri hökumətin Hələb şəhərində həyata keçirdiyi hava hücumları 2 m nəfərə qədər insanın ölümünə səbəb olub.

Suriyanın İnsan Haqları Müşahidə Qrupu Hələbə hücumlar zamanı ölənlər arasında 567 uşağın və 283 qadının olduğunu bildirib. Baş qərargahı Britaniyada yerləşən qrup hadisə yerlərindən aldığı məlumatıara əsaslanaraq bildirib ki, yanvar ayının 1-dən indiyədək ölkədə hər gün 14 mülki vətəndaş öldürülür.

İnsan Haqları Müşahidə Qrupundan Rami Əbd Əl-Rəhman Amerikanın Səsinə deyib ki, ölkədə baş alıb gedən zorakılıqlar iyun ayının 3-nə təyin edilmiş prezident seçkilərinin azad və ədalətli keçməsini qeyri-mümkün edir.

Seçkiyə elə bir prezidentlə gedirik ki, öz adamlarını qırır, təkcə bir ərazidə 600 uşağın ölümünə bais olub. İndid də deyirlər ki, demokratik seçkiyə gedirik? Sən seçkiyə yox, birbaşa nməhkəməyə, oradan da məhbəsə getməlisən," deyə Əbd-əl Rəhman Suriya lideri Bəşar əl-Əsəd haqda deyib.

Prezident Bəşar əl-Əsədin üçüncü dönəm prezidentlyə asanlıqla seçiləcəyi gözlənilir. Əksər müşahidəçilər səsverməni şou kimi qiymətləndirir.

Suriya vətəndaş müharibəsində indiyədək 150,000-dən çox adam ölüb, 2 milyona yaxın adam qaçqın düşüb.
XS
SM
MD
LG