Çərşənbə axşamı Suriyanın Dəməşq və Hələb şəhərlərində üsyançılarla hökumət qüvvələri arasındakı döyüşlər zamanı azı 130 adamın öldüyü deyilir.
Suriyada humanitar vəziyyət ağırlaşmaqdadır. Qışın yaxınlaşması evsizləri acınacaqlı duruma salıb. Yardım təşkilatları dərinləşməkdə olan humanitar böhranla mübarizə edə bilmədiklərindən şikayətlənir.
Suriyanın müxalifət nümayəndələri isə Əsədin hakimiyyəti tərk etməsi yollarını müzakirə edir.
Dünən Dəməşqdə parlament spikerinin qardaşının işə gedərkən qətlə yetirildiyi xəbər verilir.
Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçilərinin bildirdiyinə görə, İdlib şəhərində hava hücumları zamanı 60-dan çox mülki vətəndaş həlak olub.
Parlament spikeri Cihad Lahamın prezident Bəşar Əl-Əssədi dəstəklədiyinə görə üsyançılar tərəfindən hədəf alınan rəsmilərdən biridir.
Bu ilin iyul ayında Əsədin qaynı də daxil edilməklə, Dəməşqdə 4 yüksək səviyyəli təhlükəsizlik işçisi qətlə yetirilib.