Accessibility links

Suriya prezidenti yeni müdafiə naziri təyin edib(YENİLƏNİB)


Suriya prezidenti yeni müdafiə naziri təyin edib(YENİLƏNİB)
Suriya prezidenti yeni müdafiə naziri təyin edib(YENİLƏNİB)

Suriyanın dövlət televiziyası prezident Bəşar əl-Əsədin yeni müdafiə naziri təyin etdiyi haqda məlumat verib. Dövlət televiziyası bildirir ki, cənab Əsəd Suriyanın ordu qərargahı rəisi general Davud Rachanı general Əli Həbibin yerinə yeni müdafiə naziri təyin edib. Suriya televiziyası onu xəstə olduğu haqda məlumat verib. Bu, mart ayında cənab Əsədin avtokratik idarəçiliyinə qarşı bütün ölkəni bürümüş etiraz nümayişləri başlayandan ilk ciddi dəyişiklikdir.

Rəsmi Dəməşq ərəb qonşularının müxalifətin etirazlar nümayişlərinin insan zorakı yolla dağıdılması ilə bağlı daha artıq təzyiqləri ilə qarşılışır. Səudiyyə Ərəbistanının ardınca bu gün Bəhreyn və Küveytə də öz səfirlərini Suriyada vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün geri çağırıb. Qahirədə nüfuzlu islam universiteti olan Əl-Əzhərin başçısı Şeyx Əhməd əl-Tayib Suriya liderlərini qan tökülməsinə son qoymağa və xalqın legitim tələblərinə cavab verməyə çağırıb.

ABŞ Dövlət Departamentinin sözçsüsü Mark Toner deyib ki, rəsmi Vaşinqton ərəb dünyasının Suriya ilə bağlı qəti mövqeyindən razıdır və bunu cənab Əsədin əməllərinin beynəlxalq səviyyədə qınanmasının növbəti göstəricisi kimi qiymətləndirir.

XS
SM
MD
LG