Suriya təhlükəsizlik qüvvələri bu gün Dəməşqdə dəfn mərasimində iştirak edən insanlara atəş açıb.
Fəalların bildirdiyinə görə, cümə günü təhlükəsizlik qüvvələrinin hökumət əleyhinə nümayiş keçirən atəş açması zamanı həlak olmuş 11 yaşlı oğlanın dəfn mərasiminə minlərlə insan toplaşmışdı. Onların sözlərinə görə, dəfn mərasimi zamanı baş verən atışmada iki nəfər həlak olmuş, bir neçə nəfər isə yaralanmışdır.
Röyters xəbər agentliyinin verdiyi məlumata görə, bəzi adamlar təhlükəsizlik qüvvələrinə daşa atıb və prezident Bəşar Əl-Əsədi edam etməyə çağırıb.
Bu gün prezident Əsəd yeni konstitusiyanın hazırlanması üzərində işləyəcək komitənin yaradılması haqda sərəncam imzalayıb. Dövlətə məxsusu SANA xəbər agentliyi bildirir ki, sərəncamda komitənin işi dörd ay ərzində bitirməli olduğu deyilir.