Accessibility links

Suriyada zorakılıqlar nəticəsində 10 nəfərin öldüyü bildirilir


Suriyada zorakılıqlar nəticəsində 10 nəfərin öldüyü bildirilir
Suriyada zorakılıqlar nəticəsində 10 nəfərin öldüyü bildirilir

Suriyada Homs şəhərində təhülkəsizlik qüvvələrinin mülki vətəndaşlara atəş açması nəticəsində 10 nəfərin həlak olduğunu bildirilir. Şahidlərin sözlərinə görə, üç nəfər bazar ertəsi günü təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı həlak olmuş insanların dəfnində iştirak etdiyi zaman güllə ilə vurulub. Homs keçən həftənin sonu zorakılıqlara səhnə olub. Şəhərdə şənbə günü prezident Əsəd tərəfdarlarının cəsədləri ailə üzvlərinə qaytarılandan sonra dini zəmində iğtişaşlar baş qaldırıb. Fəallar və şəhər sakinlərinin bildirdiyinə görə, bundan sonra Əsəd tərəfdarları sünnilərin yaşadığı yerlərə hücum edib. Etnik zəmində zorakılıqlar zamanı 30 adam həlak olub. Prezident Əsədin ailəsi Suriyada azlıqda olan ələvilərə aiddir.

XS
SM
MD
LG