Accessibility links

Bəşar Əl-Əsədə sadiq qüvvələr Türkiyə sərhədindəki qaçqın düşərgələrinə hücum edib


Türkiyə rəsmiləri deyir ki, Suriya qüvvələri sərhədboyu qaçqın düşərgələrini atəşə tutaraq bir türk tərcüməçi və ən azı suriyalı beş qaçqını yaralayıb. Bu, Türkiyə suriyalı qaçqınlara sığınacaq verəndən bəri ilk belə hadisədir.

Bugünkü hücum Kilis şəhərində baş verib. Suriyada 13 aydır davam edən zorakılıqlardan qaçan suriyalılar Türkiyənin bu şəhərində salınmış düşərgələrdə sığınacaq tapır. Türkiyənin Suriya ilə sərhədindəki üç şəhərində 25000-dək qaçqın müvəqqəti məskən salıb.

Beynəlxalq elçi Kofi Annan sabah Türkiyədəki qaçqın düşərgələrini ziyarət edəcək.

Bununla yanaşı, fəallar deyir ki, Türkiyə sərhədində toqquşma zamanı suriyalı döyüşçülər prezident Bəşar Əl-Əsədin təhlükəsizlik qüvvələrinin 6 üzvü öldürüb.

XS
SM
MD
LG