Accessibility links

İsveçrə İranın 180 fiziki və hüquqi şəxsinə sanksiya qoyub


İsveçrə İranın 180 fiziki və hüquqi şəxsinə sanksiya qoyub
İsveçrə İranın 180 fiziki və hüquqi şəxsinə sanksiya qoyub

İsveçrə hökuməti sanksiyaların Avropa Birliyinin sanksiyaları və digər beynəlxalq sanksiyalarla əlaqədar olduğunu bəyan edib.

Dekabrın 23-də İsveçrə hökuməti rəsmi bəyanat yayaraq İranın 180 fiziki və hüquqi şəxsinə sanksiya qoyduğunu bildirib.

“Media forum” saytının məlumatına görə, İsveçrə hökuməti sanksiyaların Avropa Birliyinin sanksiyaları və digər beynəlxalq sanksiyalarla əlaqədar olduğunu bəyan edib. Bəyanatda bildirilir ki, dekabrın 23-dən qüvvəyə minəcək sanksiyalara görə, İranın 180 fiziki və hüquqi şəxsinin İsveçrədəki əmlakı və bank hesabları dondurulacaq. Sanksiyaya məruz qalanların adları hələlik açıqlanmır.

İsveçrə hakimiyyəti noyabrın 18-də İrana qarşı iqtisadi məhdudiyyətləri gücləndirərək İranın 111 şirkətinə və 5 İran vətəndaşına sanksiya qoymuşdu. Sanksiyaya məruz qoyulanların siyahısına İranın Atom Enerjisi Təşkilatının bir neçə nümayəndəsinin adları da daxil edilmiş və onların İsveçrədəki vəsaitlərinin dondurulması nəzərdə tutulmuşdu.

XS
SM
MD
LG