ABŞ-ın milli təhlükəsizlik məsələri üzrə müşaviri Suzan Rays Əfqanıstandadır. O, Əfqanıstan prezidenti Həmid Karzayla ölkədəki ABŞ qüvvələrinin gələcək mövcudluğunu müzakirə edir.
Əfqanıstan prezidenti Həmid Karzay dünən ağsaqqallar şurası olan Loya Cirgənin ABŞ-la təhlükəsizlik razılığını imzalaması tövsiyəsini etməyib. Prezident ölkəsinin ABŞ-ın sülhün bərqərar edilməsi öhdəliklərinə sadiq qalacağından əmin olmaq üçün əlavə vaxta ehtiyacı olduğunu bildirib.
Daha əvvəl Həmid Karzay ağsaqqalları Birləşmiş Ştatlarla Əfqanıstan arasında təhlükəsizliklə bağlı əldə edilən razılığı təsdiqləməyə çağırıb.
Həmid Karzay Amerika ilə əldə edilən təhlükəsizlik razılığını dəstəklədiyini, yalnız razılığın aprel ayında keçiriləcək prezident seçkilərinə qədər imzalanmayacağını deyib.
2500 qəbilə, icma və qanunverici qarşısında çıxış edən dövlət başçısı razılığın uzun müddət ərzində Əfqanıstanın mənafeyinə xidmət edə biləcəyini deyib.
2015-ci ilin yanvar ayının 1-də qüvvəyə minəcək razılığa görə ABŞ-ın hərbi və mülki personalının 10 il, bəlkə də daha artıq müddətə Əfqanıstanda qalmasına yol açacaq.