Azərbaycayan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsi Gəncə şəhərində bir evin həyətindən 74 ədəd partlamamış hərbi sursat (62 ədəd LPS patronu, 10 ədəd PQ-7 raketi və 2 ədəd PQ-9 raketi) aşkar edərək götürüb. Bu barədə ANAMA məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Hərbi sursatın evin həyətinə haradan düşdüyü barədə məlumat verilmir.