Accessibility links

Suriyanın paytaxtı Dəməşqdə hücumlar vüsət alıb (Yenilənib)


Suriyanın dövlət televiziyası bu gün paytaxt Dəməşqin mərkəzində üsyançılarla hökumət qüvvələri arasında baş verən qarşıdurma zamanı terrorçu adlandırılan 3 nəfərin öldürüldüyünü bildirib. Məlumatda hökumət qüvvələrinin bir əsgərinin də öldürüldüyü deyilib.

Şahidlərin dediyinə görə, şəhərin xarici səfirliklər, hökumət binaları yerləşən və güclü mühafizə olunan Əl-Məzzi məhəlləsində pulemyot səsləri və qumbara partlayışları eşidilib.

Baş qərargahı Britaniyada yerləşən Suriyanın İnsan Haqları Müşahidəçi qrupunun rəhbəri Rami Əbdül-Rəhman Mazzeh mahalında baş verən qarşıdurma zamanı 3 yaraqlının öldürüldüyünü, hökumət qüvvələrindən isə 18 nəfərin yaralandığını bildirib.

Keçənşənbə günü şəhərdə həyata keçirilən bomba hücumları zamanı 27 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilir.






XS
SM
MD
LG