Fəallar bildirirlər ki, Suriyada hərbi qüvvələr ölkənin mərkəzində vüsət alan anti-hökumət nümayişlərini yatırmaq üçün ağır pulemyotlardan və artilleriyadan atəş açıblar.
Rastanda davam edən hücumlar Suriyada etiraz dalğası zəminində həlak olanların sayını bir qədər də artırıb.
Suriya hüquq müdafiəçiləri deyirlər ki, bazar günündən bəri ölkənin mərkəzində cərəyan edən zorakılıqlar nəticəsində azı 15 mülki vətəndaş həlak olub, onlarla başqaları yaralanıb.
Talbiseh, Rastan və başqa mərkəzi icmalarda baş qaldıran nümayişlərə qarşı hökumət tanklar, artilleriya və helikopterlərin müşayiəti ilə qüvvə tətbiq edir.