Suriya prezidenti Bəşar Əı-Əsədin Kofi Annanın sülh planını qəbul etməsinə baxmayaraq ölkədə hələ də zorakılıqlar davam edir. Humanitar yardımları qəbul etmək əvəzinə Əsəd qüvvələri daha artıq mövqeləri ələ keçirir, hücumlarını artırır. Siyasi keçidi təmin etmək əvəzinə rejim dinc nümayişçilərə divam tutmaqda davam edir.
Türkiyədə keçirilən “Suriyanın dostları”görüşü zamanı 83 ölkəni təmsil edən nümayəndələr Əsəd rejiminə qarşı təzyiqlərin artırılması qərarına gəlmişdi. Onlar Suriyanın Milli Şurasına dəstək verilməsi və humanitar yardımların artırılması barədə qərar qəbul etmişdi.
ABŞ əlavə olaraq Suriyaya 12 milyon dollarlıq humanitar yardım göstərməlidir. Beləliklə Amerikanın yardımları 25 milyon dollara çatmalıdır.
Suriyanın demokratiya quruculuyğunu sürətləndirmək məqsədi ilə Amerika Suriya rejiminin yüksək səlahiyyətli rəsminlərinə qarşı sanksiyaları gücləndirəcək. ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Amerika beynəlxalq partnyorları ilə əməkdaşlıq etməklə, Suriyda baş verənlərin sənədləşdirilməsi üçün xüsusi heyət təsis edəcək.
Müxalifətin dəstəkləməsi üçün Amerika onu kommunikasiya avadanlığı ilə təmin edəcək. Bu isə müxalifətə hücumlardan qorunmaq, təşkilatlanmaq və xariclə əlaqə saxlamaq imkanı yaradacaq.
Suryanın Milli Şurasının özündə cəmləşdirdiyi müxalif qüvvələr azad demokratik və pluralistik Suriya barədə eyni mövqeni bölüşür.
İstanbul konfransı zamanı məhz bu məsələlər müzakirə edilmişdi. ABŞ dövlət katibi Hillari Klinton deyib ki, bu, Əsəd rejiminin ölüm spiralından ölkənin və təsisatlarının müdafiəsi üçün yol xəritəsi planıdır. “Bu planın beynəlxalq ictimaiyyətin bu planı dəstəkləməsinə dəyər”-deyə o bildirib. Kofi Annan planı Suriyada böhranın həllinə yol aça bilər. Bəşar Əl-Əsəd indiyədək vədlərinə əməl etməyib. Hillari Klinton deyib ki, gecikməyə artıq vaxt yoxdur. İndi həqiqət zamanıdır.