Accessibility links

Suriyada Əl-Qaidənin maliyyə vasitəçisi öldürülüb


ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumlarından biri Əl-Qaidənin Suriyanın şimal-qərbindəki yüksəl səlahiyyətli yaraqlısını öldürüb. Bu barədə məlumatı bu gün Pentaqon verib.

Verilən məlumata görə Səudiyyə əsilli Sənafi Əl-Nəsr iki gün öncə öldürülüb. Xorasan adlanan qrupun üzvü kimi tənqdim edilən Əl-Nəsr uzun müddətdir Əl-Qaidə əməliyyatları ilə donorlar arasında maliyyə məsələlərini idarə edirdi.

ABŞ müdafiə naziri Eş Karter açıqlanan bəyanatda bildirib ki, onun öldürülməsi Xorasan Qrupunun Birləşmiş Ştatlar və müttəfiqlərinə hücum planlarına ciddi təsir göstərəcək.

Pentaqon bildirib ki, Əl-Nəsr son 4 ayda qrupu öldürülən beşinci yüksək səlahiyyətlisi olub.

XS
SM
MD
LG