Accessibility links

Suriyada atəşkəs əldə olunub


Suriya höküməti və bəzi üsyançı qruplar cümə günündən etibarən ölkə boyu atəşkəs üzərində razılıq əldə ediblər.

Daha öncəki atəşkəslərdəki kimi, razılıq Suriya ordusu və onlara qarşı mübarizə aparan üsyançıları əhatə edir, amma İŞİD kimi miltant qruplar bu atəşkəsə daxil edilməyib.

Əldə olunan razılılqlar təbii ki, zəifdir və qorunub inkiaşf etdirilməsi üçün xüsusi diqqət b və müşayiət tələb edir.
Vladimir Putin

Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləyən Rusiya və üsyançı qrupları himayə edən Türkiyə atəşkəsi təminat altına alacaqlarını deyib.

Atəşkəs ötən həftə Türkiyə, Suriya və Rusiya 6 ildir davam edən müharibədə sülh razılığına vasitəçilik etməyə hazır olduqlarını bildirəndən sonra əldə olunub.

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin atəşkəsin “zərif” olmasına baxmayaraq, Suriya höküməti və əsas silahlı müxalifət qüvvələri tərəfindən dəstəkləndiyini bildirib.

Rusiyanın prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Serge Şoyqu
Rusiyanın prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Serge Şoyqu




“Əldə olunan razılılqlar təbii ki, zərifdir və onun qorunub inkişaf etdirilməsi xüsusi diqqət və səy tələb edir. Lakin, buna baxmayaraq, bu, bizim birgə işimizin nəticəsidir,” deyə Putin cümə axşamı nazirlərlə görüşü zamanı bildirib.

Putin həmçinin Rusiya ordusuna Suriyaya qüvvə yerləşdirilməsinin miqyasının azaltmağa əmr verdiyini deyib, amma heç bir konkret məlumat bölüşməyib.

Atəşkəs davam etdiyi təqdirdə, Suriya höküməti və müxalif qrupları arasında gələn ay Qazaxıstanın paytaxtı Astananda keçirilməsi planlaşdırılan görüşündə Rusiya, İran və Türkiyə də iştirak edəcəklər.

XS
SM
MD
LG