Accessibility links

Suriyada ABŞ qüvvələrinə hücum olub


Suriyada intiharçı ABŞ və müttəfiq kürd qüvvələrini hədəf alıb. Bu, son bir həftə ərzində ABŞ qüvvələrinə qarşı ikinci hücumdur.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu bildirib ki, bazar ertəsi Həsəkə əyalətində Əl-Şədad şəhəri yaxınlığında baş verən partlayışda beş nəfər həlak olub.

ABŞ ordusunun sözçüsü polkovnik Şon Rayan deyib ki, ABŞ-ın başçılıq etdiyi koalisiya üzvləri arasında ölən yoxdur.

Bazar ertəsi baş verən hücum Suriyanın şimalında yerləşən Mənbic şəhərində iki ABŞ əsgəri və iki amerikalı mülki vətəndaş daxil olmaqla, 19 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumundan bir neçə gün sonraya təsadüf edib.

ABŞ prezidenti Donald Tramp İŞİD-in məğlub edildiyini bildirərək, ötən ay ABŞ qüvvələrinin Suriyadan çıxarılmasına çağırıb.

XS
SM
MD
LG