Accessibility links

Hillari Klinton: Rusiya və Çinin Suriya böhranının sülh yolu ilə həllinə mane olması səyləri qəbuledilməzdir


ABŞ dövlət katibi Hillari Klinton Rusiya və Çinin Suriya böhranının sülh yolu ilə həllinə mane olması səylərini qəbuledilməz adlandırıb.

Əsəd hökumətinin opponentlərini dəstəkləyən hökumətlərin Paris görüşü zamanı xanım Klinton deyib ki, BMT Dəməşqə qarşı iqtisadi sanksiyalar tətbiq etməlidir.

Dövlət katibi Suriya xalqının dostlarının dəstəklənməsinin kifayət etmədiyini dilə gətirib. O deyib ki Rusiya və Çini Suriya xalqına dəstək verməyə çağırmaq deyil, onlardan bunu tələb etmək lazımdır.

Rusiya və Çin dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya qarşı ölçülərinə veto qoyub. Lakin onlar hakimiyyətin tədricən dəyişdirilməsinə razılıq verib.

ABŞ dövlət katibi Hillari Klinton isə bunun BMT və Ərəb Liqasının sülh təkliflərinə uyğun olmadığını bildirir.
XS
SM
MD
LG