Səudiyyə Ərəbistanında bazar günü keçiriləck danışıqlarda iştirakdan əvvəl dövlət katibi Con Kerri İsveçrənin Davos şəhərində növbəti üçgünlük beynəlxalq İqtisadiyyat Forumunda iştirak edib.
Bundan əvvəl o, çərşənbə günü rusiyalı həmkarı Sergey Lavrovla Suriyada siyasi keçid məsələsini müzakirə edib.
Bazar ertəsinə Cenevrədə keçiriləcəyi nəzərdə tutulan danışıqlar müxalifət tərəfini kimin təmsil edəcəyi razılığına gəlinməməsi səbəbindən təxirə salına bilər.
Lakin cənab Lavrov görüşün gələn ayadək təxirə salınmayacağını deyib. O əminliklə bildirib ki, danışıqlar yanvarda baş tutacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, sülh prosesində əldə edilmiş məqamdan istifadə edilməlidir.
Lakin çərşənbə günü Cable News Network-da çıxışında BMT-nin Suriyaya elçisi Staffan de Mistura deyib ki, danışıqlara dəvət məktubları hələlik gəndərilməyib.
Rusiya xarici işlər naziri bildirib ki, o, cənab Kerri ilə Rusiya hava qüvvələrinin əməliyyatları planlaşdırmaqda ABŞ-ın başçılıq etdiyi koalisiyya qüvvələri ilə daha da yaxından əməkdaşlıq etmək yollarını da müzakirə edib.
ABŞ dövlət katibi bildirib ki, Suriyanın gələcəyinə dair bazar ertəsi nəzərdə tutulmuş beynəlxalq sülh danışıqları bir və ya iki gün təxirə salına bilər.