Suriyanın üç şəhərinə doğru irəliləyən ərzaq, tibbi ləvazimat və ədyallar daşıyan maşın karvanı hökumət tərəfdarı qüvvələr və üsyançı döyüşçülər tərəfindən ələ keçirilməklə mülki vətəndaşların ac qalmalarına səbəb olub.
Maşın karvanlarının hər birinin eyni vaxtda Livanla sərhəd Fuaa və Türkiyə ilə sərhəd İdlib vilayətinin Kafraya şəhərlərinə çatmaları ehtimal edilirdi.
Bu səy ötən həftə Suriya hökuməti yardımın keçirilməsinə razılıq verdikdən sonra Qırmızı Xaç, Suriya Aypara və BMT kimi beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən birgə yardım əməliyyatı idi.
Prezident Bəşar Əl Əsədin ordusu və onu devirməyə çalışan bir neçə üsyançı qrup arasında beş il gedən döyüşlər nəticəsində hər üç şəhərdə mülki vətəndaşlar böhran yaşayır.
Üsyançıların nəzarət etdiyi Madaya şəhəri aylardır hökumət qüvvələri tərəfindən blokadaya alınıb. BMT və Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirir ki, orada yaşayan 42 min insan arasında ərzaq çatışmazlığı səbəbindən ölənlər var.
Madaya sonuncu dəfə oktyabr ayında ərzaq yardımı alıb. Sərhədsiz Həkimlər yardım qrupu bildirib ki, bazar günü aclıq səbəbindən orada beş nəfər ölüb.
BMT bildirib ki, Suriyada 13.5 milyon insan yardıma möhtacdır. Müharibə 4 milyondan çox insanın ölkədən qaşmasına və 6.6 milyon insanın Suriya daxilində evlərindən didərgin düşməsinə səbəb olub.