Accessibility links

Suriyanın təcili humanitar yardıma ehtiyacı var


Bu yaxınlarda Cenevrədə Suriyaya təcili humanitar yardım göstərilməsi yolları müzakirə edilib.

Beynəlxalq Yardım Təşkilatları zorakılıqlar və kifayət etməyən fondlar səbəbi ilə Suriyaya yardım çatdırılmasında çətinliklər qarşısındadır. BMT-nin yardım üçün müraciət etdiyi fondların vəsaiti yalnız 26 faiz təşkil edilir. Yardım çağırışları Türkiyə, Livan, İordaniya və İraqda sığınacaq tapan qaçqınlara, habelə Suriyaya yardımları nəzərdə tutur.

Prezident Bəşar Əl-Əsədə qarşı üsyan artıq 17 aydır davam edir. Bu gün 1.5 milyon suriyalı ehtiyac içərisindədir. Bir çoxları yerlərində zorakılqılarla üzləşir, digərləri isə qaçmağa məcbur olur. 300-lə 500 min insan ölkə daxilində məcburi köçkünə çevrilib. 160 min insan Türkiyə, Livan, İordaniya və İraq kimi qonşu ölkələrdə sığınacaq tapıb.
ABŞ Suriyada zorakılıqların təsirinə məruz qalanlara yardım göstərir. Bu il Amerika o ölkəyə 64 milyon dollar məbləğində vəsait ayırıb.

Ümumdünya Ərzaq Proqramı 27.5 milyon əldə edib. Bu vəsaitin 15.1 milyonu GHT-lərə, 8.5 milyonu isə BMT-nin Qaçqlınlar üzrə agentliyinə verilib. Beynəlxalq Qızmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərinə 8 milyon, Fələstin qaçqınları üçün agentliyə 3 milyon dollar verilib. 750 min dollarlıq vəsait isə BMT-nin Uşaq Fonduna ayrılıb.

Suriyada humanitar böhranın həlli daha artıq vəsait tələb edir. Zorakılıqlar nəticəsində xəsarət alan insanlara tibbi yardım göstərilməlidir.

ABŞ-ın tərəfdaşları döyüşlər gedən bölgələrdəki insanlara yardım göstərilməsi səylərini səfərbər edib.

Amerika beynəlxalq ictimaiyyətə müraciət edərək, BMT agentliklərinə yardım göstərilməsini istəyir.
XS
SM
MD
LG