Suriya prezidenti Bəşar əl-Əsəd zorakılıqların vüsət almasına və hərbi zabitlərinin əksəriyyətinin Türkiyəyə təslim olması barədə məlumatlara baxmayaraq, hələ də Suriya xalqı və ordusunun onun tərəfində olduğunu iddia edir.
Rusiya Bu Gün televiziya müsahibəsi zamanı prezident Əsəd ölkəsinin sərhədləri çərçivəsində parçalanmanın mövcudluğunu etiraf edib. Lakin hökuməti əleyhinə vətəndaş müharibəsi aparıldığı iddiasını rədd edib.
O deyib ki, problem mən və mənim xalqım arasında deyil. Birləşmiş Ştatlar, Qərb və bir çox ərəb ölkəsi və Türkiyə mənə qarşıdır. "Suriyalılar mənə qarşı olsaydı, necə mən burada qala bilmişəm?- deyə o bildirib.
Suriyanın hökumət qüvvələri bu gün üsyançıların mövqelərinə hücumlar həyata keçirib. Türkiyənin Anadolu dövlət xəbər agentliyi məlumat verib ki, iki general və 11 polkovnik də daxil olmaqla, təxminən 26 hərbi zabit Türkiyə tərəfə keçib.
Türkiyə rəsmiləri dünən əlavə 8000-dən çox suriyalının ölkədə baş verən zorakılıqdan qaçaraq Türkiyədə sığınacaq tapdığını deyib. Bununla Türkiyə boyu suriyalı qaçqınların sayı 120 000-ə çatıb.