Accessibility links

BMT Suriya üçün 6.5 milyard dollarlıq yardım istəyir


BMT iki il yarım davam edən döyüşlər nəticəsində evlərindən didərgin düşən milyonlarla suryalı qaçqına yardım üçün 6.5 milyard dollar istəyir.

BMT-nin humanitar yardım qrupunun sədri Valeriya Amos deyib ki, 2.3 milyard dolların Suriyada evlərindən didərgin düşənlərə sərf ediləcəyi nəzərdə tutulub. Məbləğin qalan hissəsi isə Türkiyə, Livan və regiondakı digər bölgələrə köç edən suriyalılar üçün nəzərdə tutulub.

BMT-nin hesablamalarına görə, Suriya əhalisinin 40 faizi müharibə səbəbindən evlərindən didərgin düşüb.

BMT ötən il Suriya qaçqınlarına yardım üçün 4.4 milyard dollar dəyərində yardım istəmişdi. Amma təşkilat donorlardan bu məbləğin cəmi üçdə-iki hissəsini toplaya bilib.

Bu gün Nyu-Yorkda keçirilən mətbuat konfransında BMT-nin baş katibi Ban Gi Mun gələn ay Cenevrədə keçiriləcək konfransdan öncə Suriyada atəşkəsə çağırıb. O, Suriya münaqişəsinin ağlasığmaz dərəcədə mürəkkəbləşdiyini və Livandakı Suriya qaçqınlarının sayının milyona yaxınlaşdığını deyib.

Bu arada BMT İraqdan soyuq hava şəraiti ilə mübarizə aparan insanlar üçün Suriyaya humanitar yardım daşıyır.

Təyyarələr bölgəyə ərzaq, ədyal və tibbi ləvazimat çatdırır.
XS
SM
MD
LG