Accessibility links

Suriya qüvvələrinin növbəti hədəfi Rastan ola bilər


Suriyadan qonşu Livana qaçan suriyalılar deyir ki, Homsda həlak olmamaq üçün ölkəni tərk etmək məcburiyyətində qalıblar. Hökumət qüvvələri şəhərdə yaraqlılara qarşı hücumları davam etdirir.

BMT qaçqınlar agentliyinin məlumatına görə, iki mindən çox suriyalı zorakılıqların qurbanı olmamaq üçün sərhədi keçərək Livana qaçıb.

İdlib viyayətinin Qusair şəhərindən olan qaçqınlar deyir ki, hökumət tankları içərisi insanlarla dolu evləri atəşə tutur.

Suriya qüvvələri habelə Homs vilayətində yaraqlıların şəhəri olan Rastana artıq ikinci gündür hücum edib. Fəallar deyir ki, Homsda bir aydır davam edən hücumlardan sonra Rastan hökumətin növbəti hədəfi ola bilər.

Bununla yanaşı, böhranın siyasi yolla həlli üçün Çinin Suriyadakı sabiq səfiri Dəməşqə səfər edib.

XS
SM
MD
LG