Accessibility links

BMT suriyalı qaçqın uşaqların təhsili ilə bağlı hesabat açıqlayıb


BMT-nin qaçqınlar üzrə agentliyinin yayımladığı yeni hesabatda deyilir ki, 3,7 miliyona yaxın qaçqın uşağın məktəbə getmə və ya adi təhsil alma imkanı yoxdur.

Hesabatda bildirilir ki, hərbi münaqişə və ya siyasi qeyri-sabitlik insanları öz ölkələrindən qaçmağa məcbur edib. Evlərindən didərgin düşmüş uşaqlar təhsildən də məhrum olublar.

Cenevrədə hesabatı açıqlayan BMT-nin qaçqınlar üzrə müvəkkili Filippo Qrandi bildirib ki, uşaqlar böyüdükcə vəziyyət daha da pisləşir.

Hesabatda bildirilir ki, təhsilin keyfiyyəti uşaq yaşda evliliklərin, uşaq əməyinin istismarının, təhlükəli işlərin və yeniyetmə yaşda hamiləliyin qarşısını alır.

BMT-nin hesabatında həmçinin məktəb yaşlı qaçqınların 2014-cü ildə 30 faiz böyüdüyünü və 20 min əlavə müəllimə ehtiyac duyulduğu bildirilir. Qaçqınlara ev sahibliyi edən ölkələr onları məktəb və ləvazimatla təmin etməsi lazımdır.

Təşkilat bu il Suriya qaçqınlarını humanitar yardımla təmin etmək üçün 4,54 miliyard dollara ehtiyac olduğunu bildirib. Təhsil sahəsinə 662 miliyon dollar tələb olunsa da, BMT sadəcə bunun 39 faizini toplaya bilib.

2015-ci ildə təhsil proqramı üçün ianə həmin ilin son iki ayında toplanmışdı. BMT bildirir ki, bu kimi gecikmələr qaçqınlara ev sahibliyi edən ölkələr üçün uzunmüddətli məktəb proqramı təşkil etməkdə çətinlik törədir.

XS
SM
MD
LG