Accessibility links

Suriya müxalifəti bəzi şərtlərlə sülh danışıqlarına qatıla bilər


Suriyanın Qərbin dəstəklədiyi əsas müxalifət koalisiyası yardım işçilərinin bir çox ərazilərə getməsinə icazə də daxil olmaqla bəzi şərtlər yerinə yetiriləcəyi təqdirdə hökumətlə sülh danışıqlarında iştirak edə biləciyini deyib.

Suriya Milli Koalisiyası bu qərarı İstanbulda keçirilən iki-günlük danışıqlardan sonra bu gün bəyan edib.

ABŞ dövlət katibi Con Kerri bəyanatı müsbət qiymətləndirərək deyib ki, qrupun iştirakı irəliləyişə doğru böyük bir addım olar.

Qrup istəyir ki, hökumət humanitar yardım dəhlizlərinin yaradılmasını, məhbusların azadlığa buraxılmasını təminat altına alsın və sülh danışıqlarının nəticəsi olaraq Suriyada siyasi keçidə nail olsun.
XS
SM
MD
LG