Accessibility links

Təhlil: Suriya müharibəsi İrana baha başa gəlir


Anatiliklər Rusiya qüvvələrinin Suriyanı tərk etməsindən sonra İran ordusunun daha çox itki verdiyini deyir

Suriya prezidenti Bəşar Əl-Əsədi hakimiyyətdə saxlamaq istəyi İrana baha başa gəlib. Belə ki, İran ordusu vətəndaş müharibəsinin cənginə düşən ölkədə son 6 ayda, son 2 ildəkindən daha çox itki verib.

Ötən ilin sentyabrından bəri Suriyada İranın 280 əsgəri həlak olub. Bu barədə məlumat Levantine Qrupu İranın mediasında yayılan xəbərlərə əsasən hazırladığı hesabatda bildirib.

Əsədin döyüşlərinin hamısında döyüşən İran qüvvələri hazırda Hələb şəhərinə konsentrasiya olub.

Bu qədər itkiyə rəğmən ölkədə qalmaq Tehranın Əsəd rejiminə dair dair öhdəliyinin sübutu olmaqla yanaşı, həm də əsgərlərin rejim ordusu ilə çiyin-çiyinə döyüşdüyünü göstərir.

"İranın əməliyyatları yalnız hərbi məsləhətlərlə məhdudlaşmır" - deyə geo-siyasət və təhlükəsizlik təhlilçisi Maykl Horovitz bildirir.

Onun sözlərinə görə, Əsədin döyüşlərinin hamısında döyüşən İran qüvvələri hazırda Hələb şəhərinə konsentrasiya olub.

Son iki ayda İranın Suriyada daha çox itki verməsinin səbəbi də Hələb və ətrafında döyüşlərin davam etməsidir.

Levantine Qrupun təhlilinə görə, ötən ay Hələbin cənubunda əks-hücumlar zamanı İranın 50 əsgəri həlak olub.

Yalnız febral ayında isə İran ordusu Hələbin şimalında gedən döyüşlərdə 64 itki verib.

ABŞ-ın təsdiqi

İranın Suriyadakı hərbi manevrlərini yaxından izləyən ABŞ rəsmiləri deyir ki, şiddətli döyüşlər İranın xüsusilə Qüds Qüvvələri kimi tanınan İnqilab Qvardiyası Korpusunun əsgərinin həyatına son qoyub.

"İran elit qüvvələrini Suriyadan geri çağırmağa davam edir və onları daha kiçik çaplı qüvvələrlə əvəzləyir" - deyə ABŞ kəşfiyyat rəsmisi Amerikanın Səsinə bildirib.

Ötən ay başlayan bu proses Rusiyanın mart ayında Suriyadan qüvvələrini geri çəkməsindən sonra İranın səylərini artırdığı vaxta təsadüf edir.

"Rusiyanın hava dəst əyi olmadan onların effektivliyi marginal görünür" - deyə Leveantine qruodan Horovitz bildirib: "Rusiyanın geri çəkilməsindən sonra 40-dan çox İran əsgəri Hələbin cənubunda əks-hücumlar nəticəsində həlak olub".

Bu fonda fevral a yında Rusiyanın hava hücumu dəstəyi ilə həyata keçirilən İranın başçılıq etdiyi Şimali Hələb döyüşləri nəticəsində rejim tərəfdarı qüvvələr müxalifət qüvvələrinin başlıca təchizat yolunu kəsməyə müvəffəq olmuşdu.

XS
SM
MD
LG