ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyada hökumət tərəfdarı döyüşçüləri hədəf alıb.
Amerikanın müdafiə rəsmisinin bildirdiyinə görə, həmin qüvvələr Əl-Tanf sərhəd zonasında qeyri-münaqişə zonası yaratmağa çalışırdı. Amerika komandiri onları öz qüvvələrinə hədə hesab edib.
Rəsmi əvvəlcə havaya xəbərdarlıq atəşi açıldığını, lakin buna məhəl qoyulmadıqdan sonra döyüşçülərin hədəf alındığını deyib.
Yerli media hücumun dnc əhali arasında ölüm hallarına səbəb olduğunu bildirir. Hücum zamanı Rusiya qüvvələrinin də orada olduğu bəlli deyil.
Bu arada, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan De Mistura Suriya hökuməti və müxalifət nümayəndələri ayrı-ayrı görüşlər keçirir.
Bu həftə ABŞ dövlət katibinin müavini Suriyanın həbsxana yaxınlığında krematorium inşa etdiyini bildirib.
Stüart Consun dediyinə görə, krematorium Sayednaya həbsxanası yaxınlığında tikilib. O, buradan cəsədlərin yandırılması üçün istifadə edildiyindən şübhələnildiyini bildirib.
Minlərlə insanın saxlandığı həbsxanada hər gün 50-dən çox məhbusun edam edildiyi bildirilir. Əsəd rejimi krematoriumdan kütləvi qırğınların ört-basdır edilməsi üçün istifadə edir.