Suriyanın kimyəvi silah arsenalının məhv edilməsi prosesinə nəzarət edən beynəlxalq təşkilat hökuməti kimyəvi silah arsenalının qalan hissəsini təhvil verməyə çağırır.
BMT və Beynəlxalq Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının birgə missiyasının koordinatoru Siqrid Kaaq bazar günü Dəməşqdə keçirdiyi mətbuat konfransında Suriyanın kimyəvi silahlarının 92 faizinin ya artıq ölkədən çıxarıldığını, ya da məhv edildiyini deyib.
Kaaq Suriyada bir obyektdə saxlanılan kimyəvi silahların qalan 8 faizinin təhvil verilməsinə çağırıb. O, rəsmiləri iyun ayında kimyəvi silahların təhvili prosesinin sona çatdırılması üçün iyun ayının 30-a qədər qoyulmuş möhlətə əməl etməyə təşviq edib.
Suriya prezidenti Bəşar Əl-Əsəd keçən il Dəməşq yaxınlığöında sarin qazı hücumu zamanı yüzlərlə insanın ölümündən sonra artan beynəlxalq təzyiqlər qarşısında kimyəvi silah arsenalının məhv edilməsinə razı olmuşdu.
Vaşinqton və onun müttəfiqləri əsəb qazından istifadə edilməsində Əsəd hökumətini ittiham etmişdi. Suriya hökuməti isə dördüncü ilə keçən vətəndaş müharibəsində iştirak edən tərəflərdən biri olan üsyançıları günahlandırmışdı.