Accessibility links

Suriya hökumətinin hava hücumu nəticəsində 37 mülki vətəndaş həlak olub


Suriya münaqişəsini monitor edən qrup bildirib ki, hökumətin hava qüvvələri İslam Dövləti qrupu tərəfindən nəzarət edilən ərazidə azı 37 mülki vətəndaşı öldürüb.

Suriya İnsan haqqları qrupu deyib ki, ölənlər arasında iki qadın və yeddi uşaq olub.

Qərargahı Britaniyada yerləşən qrup daha əvvəl ölənlərin sayının 21 olduğunu elan etmişdi.

Hələbin şimal-şərqinə nəzarət edən İslam Dövləti qrupunun militantları dəfələrlə hökumət qüvvələrinin hava hücumuna məruz qalıb.

ABŞ-ın başçılıq etdiyi hava hücumları da militantları İraqın şimalı və Suriyanın şimal-şərqindən çıxarmağa çalışır.

Çərşənbə günü İslam Dövləti yaraqlıları İordaniyaya məxsus F-18 hərbi təyyarəni Rəqqa şəhəri yaxınlığında vurub saldığını bildirib.

Birləşmiş Ştatlar və İordaniya hərbi rəsmiləri təyyarənin qəzaya uğradığını təsdiq edib, lakin təyyarənin İslam Dövləti tərəfindən vurulduğu barədə heç bir dəlilin olmadığını bildirib.

XS
SM
MD
LG