Suriya prezidenti Bəşar Əl-Əsəd ölkəsini terrorçulardan azad edəcəyinə and içib. Əsəd bu vədi İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə görüşündən sonra verib. Cəlili isə İranın Suriyaya dəstəyini davam etdirəcəyini bildirib.
Paytaxt Dəməşq və Hələb şəhərlərində isə təhlükəsizlik qüvvələri ilə rəqib döyüşçülər arasında qızğın döyüşlər gedir.
Görüşdən əvvəl İran Suriyada 48 iranlının girov götürülməsinin məsuliyyətini ABŞ-ın daşıdığını bildirib. Dövlət mediasının məlumatında deyilir ki, İranın Xarici İşlər Nazirliyi İsveçrə səfirliyini Amerikanın nüfuzundan istifadə edərək, vətəndaşlarının şərtsiz azad edilməsinə çağırıb.
Tehranla Vaşinqton arasında diplomatik əlaqələrin olmamasına görə, ABŞ-ın İrandakı maraqlarını İsveçrə təmsil edir.
İran Dəməşqdə girov götürülənlərin zəvvarlar, lakin Suriyanın Azadlıq ordusunun briqada komandiri onların İnqilab Qvardiyasının kəşfiyyat missiyasının nümayəndələri olduğunu bildirib.
İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün Türkiyədə həmkarı Əhməd Davutoğlu ilə Suriya böhranını müzakirə edir.